AZ

COP29-da qeydiyyatdan keçənlərin sayı məlum oldu

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 75 984 nəfər qeydiyyatdan keçib.

Publika.az xəbər verir ki, qeydiyyatdan keçənlərin böyük hissəsi, yəni 57 160 nəfər əcnəbidir.

Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıda qeydiyyatdan keçən şəxslər 197 ölkəni təmsil edir.

Qeyd edək ki, COP29 qeydiyyatdan keçən şəxslərin sayı COP26-da (44 165) və COP27-də (54 109) qeydiyyatdan keçənlərin sayından artıqdır.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Seçilən
41
7
publika.az

10Mənbələr