Daha beş göydələn rəqabət aparacaq - Fotolar
Jidda Tower - Ciddə qülləsi
Dünya rekorduna iddia edən və növbəti onillikdə tikiləcək beş super göydələnin adı açıqlanıb.
Reyting.az xarci KİV-ə istinadla xəbər verir ki, son bir il ərzində dünyada ucaldılan ən hündür binaların reytinqini dəyişdirməyə qadir olan nəhəng göydələnlər tikintisi başlayıb. Bununla yanaşı artıq başa çatmış layihələr haqqında bir neçə hesabat ortaya çıxıb. Görünüş və memarlıq baxımından daha çox beş yeni göydələnə diqqət çəkilir.
Burc Mübarək əl-Kəbir
Bildirilir ki, dünyanın ən hündür binasını tikmək niyyətinə düşən Küveyt artıq bunu elan da edib. Küveyt Əmirliyi yaxın gələcəkdə hündürlüyü 1001 metrə çatan, eləcə də "Burj Mübarək əl-Kəbir" adlanan nəhəng göydələn ucaldılmasını planlaşdırır.
Bu bina yaşayış, otel və ofis sahələrindən ibarət olacaq, həmçinin 7000 nəfər qəbul edə biləcək. Onun tikintisinin 2035-ci ilə qədər başa çatdırılması gözlənilir.
Keçən ay Səudiyyə Ərəbistanının Ciddə İqtisadi Şirkəti (JEC) iddialı, uzunluğu bir kilometr hündürlüyündəki Ciddə Qülləsi adlı göydələn layihəsini davam etdirmək qərarına gəlib. Qüllənin 2028-ci ilə qədər inşası planlaşdırılır.
Laxta Çentr
Hətta Rusiya da bu qlobal tendensiyaları izləyir. Sankt-Peterburq şəhərində və Fin körfəzi sahillərində hündürlüyü 703 metr olacağı planlaşdırılan, həmçinin Rusiyada ilk dəfə inşa ediləcək "Laxta Center 2" adlı nəhəng göydələninin tikintisinin hazırlıq işlərinə artıq başlanılıb. Yeni göydələnin tikintisinin 2031-ci ildə başa çatdırılması planlaşdırılır.
Çin 642 metr hündürlüyündə "Shenzhen Tower" göydələni tikməyi planlaşdırır ki, bu da eyniadlı şəhərin qapısına, eləcə də Orta Krallıq ərazisində ən hündür binaya çevriləcək. Nəzərdə tutulduğu kimi, tikili interyerində xüsusi fərqlənmə olmayacaq və Çinin bu nəhəng göydələnində də iaşə obyektləri, kommersiya məqsədləri üçün müxtəlif yerlər, ofis, otel, həmçinin çoxlu sayda yaşayış mənzilləri yerləşəcək. Konkret tarix göstərilməsə də nəhəng tikintinin başa çatdırılması ehtimala görə 2030-cu ilə planlaşdırılır.
Şençjen layihəsi
Şhençjen şəhərində görünəcək 595 metr hündürlüyündə olacağı proqnozlaşdırılan "Nexus" qülləsi isə bir göydələn üçün öz unikal forması ilə öyünəcək. Bu tikinti ilə bağlı təqdim edilən konsepsiyaya əsasən, memarlar klassik model xəttini unudub, orijinal görüntüyə malik olan və müxtəlif hündürlükdə üç seqmentdən ibarət bina yığmağı planlaşdırırlar.
"Nexus"-un üzərində iş aparanların, yəni layihə müəlliflərinin fikrincə, bu tipli bir tikinti üçün tənzimləmə həm də daha çox təbii işığı, havalandırmanı daha da yaxşı təmin edəcək.
Nexus
Layihə müəllifləri bildiriblər ki, "Nexus" göydələni növbəti onilliyin əvvəllərində də tikilə bilər.
Oqtay QORÇU