AZ

Qırğızıstanda çevriliş cəhdi - Kütləvi iğtişaşlar...

Qırğızıstanda 17 noyabr yerli seçkilər gününə planlaşdırılan dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Musavat.com “Nezavisimaya qazeta”ya(“NQ”) isinadən xəbər verir ki, Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, baş prokurorun keçmiş müavini Adil Kuban, iki xarici ölkə vətəndaşı, eləcə də Oş, Cəlal-Abad və Çuy vilayətlərinin bir neçə sakininin daxil olduğu bir qrup şəxs hakimiyyəti devirmək məqsədilə kütləvi iğtişaşlar törətməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanıb.

“NQ” yazır ki, həbslər olanda Qırğızıstan prezident Sadır Japarov Bakıda keçirilən iqlim sammitində iştirak edirdi. Hökumət başçısı, parlamentin spikeri, Milli Təhlükəsizlik Komitəsinin rəhbərləri və digər rəsmi şəxslər isə yaranmış vəziyyətlə bağlı heç bir açıqlama verməyiblər.

65b89c85afd57.jpg

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin məlumatına görə, çevriliş planı hazırlayanlar bunun üçün ənənəvi at yarışından istifadə etməyi planlaşdırıblar. Bir qayda olaraq bu yarışlara yüzlərlə gənc gəlir. İddia olunur ki, həmin yarışda gənclərə araq verib sərxoş etmək, bundan sonra isə onlara silah-sursat, optik nişangah, narkotik vasitələr verərək işğtişalar törətməyi planlaşdırıblar.

Keçmiş baş prokurorun müavini Adil Kuban hökuməti devirmək məqsədi ilə kütləvi iğtişaşlara hazırlıqların əsas təşkilatçısı kimi göstərilib. Daxili İşlər Nazirliyi onun kütləvi iğtişaşlar təşkil etmək, mütəşəkkil dəstə yaratmaq, hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd ittihamları ilə iki ay müddətinə həbs edib.

Kuban bu ilin aprelində prezident Sadrı Japarovun əmri ilə baş prokurorun müavini vəzifəsindən azad edilib. Buna səbəb isə baş prokuror müavinin Təbii Sərvətlər Nazirliyi yanında lisenziya komissiyasının fəaliyyətinə müdaxiləsi olub.

Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısının alınması əməliyyatı zamanı qruplaşma ilə əlaqəsi olduğu iddia edilən 7 nəfər də saxlanılıb. Saxlanılanlar arasında Oş vilayətindən olan iki əcnəbi vətəndaş var, onlardan biri döyüş təcrübəsinə malikdir, iğtişaş iştirakçıların seçilməsi və hazırlanmasında, silahların alınmasında iştirak edib. Axtarış zamanı ondan qumbaraatan, döyüş sursatı, kvadrokopterlər və optik nişangah aşkar edilib. Xarici vətəndaş, dron və partlayıcı maddələr üzrə mütəxəssis olub, eyni zamanda döyüş təcrübəsi də var. Qrupa həmçinin etiraz aksiyalarında iştirakçıların toplanması və maliyyələşdirilməsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş bir neçə Çuy vilayətinin sakini də daxildir. Saxlanılanların hamısı kütləvi iğtişaşların təşkilində və ya hazırlanmasında ittiham olunur.

Bu, 2024-cü il ərzində Qırğızıstanda hakimiyyəti ələ keçirməyə üçüncü cəhddir. 2024-cü ilin yanvarında Sadır Japarov respublikada dövlət çevrilişinin qarşısının alındığını bildirmişdi. O, iğtişaşların planlaşdırılmasında Qərbin maliyyələşdirdiyi QHT-ləri günahlandırıb. Yayda- iyulun 5-də Qırğızıstanın xüsusi xidmət orqanları dövlət çevrilişi planlaşdıran qrupu zərərsizləşdirib. MTN-in məlumatına görə, hakimiyyətin ələ keçirilməsini cinayətkarların ideologiyasını dəstəkləyən və “dini ideologiyanı fanatik şəkildə etiqad edən” şəxslər planlaşdırıb.

soc_522193147.jpg


Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinskinin sözlərinə görə, hazırda Qırğızıstanda sabitliyə ən ciddi təhlükə elitadaxili qarşıdurmadır.

“Bu gün Qırğızıstanda belə aksiyaları maliyyələşdirə biləcək iş adamları yoxdur. Dövlət çevrilişinə cəhdin qarşısının alınması əməliyyatını əvvəlki hallarda olduğu kimi MTN yox, Daxili İşlər Nazirliyi həyata keçirib ki, bu da təhlükəsizlik orqanları arasında maraqların toqquşmasını göstərir ”, - Kobrinski bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Qırğızıstanda sabitliyini pozmaq üçün növbəti cəhdin qarşısının alınması ilə bağlı sualını cavablandırarkən bunları deyib: “İkitərəfli əməkdaşlıq mexanizmləri çərçivəsində, inteqrasiya mexanizmləri çərçivəsində biz qırğız dostlarımızla daim əlaqə saxlayırıq. Təhlükəsizlik qüvvələri vasitəsilə əlaqə var. Biz əminik ki, Qırğızıstan rəhbərliyi asayişi təmin etmək üçün lazım olan hər şeyə malikdir”.

Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr