AZ

İran və Rusiya Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişini müzakirə edirlər

İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilində İranın ən böyük liman olan Bəndər-Abbasa qədər dəmir yolu inşasını müzakirə edirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.

"Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər", - Cəlali Tehran şəhərində İslam Respublikasının Prezidenti Masud Pezeşkian ilə görüşündə bildirib.

Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

Seçilən
37
24
report.az

10Mənbələr