AZ

COP29-un Yaşıl Zonasında “Liderlik edən qadınlar: Dayanıqlı gələcək üçün iqlim çempionları” mövzusunda panel sessiyası keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda davam etməkdə olan COP29 beynəlxalq iqlim konfransınınyeddinci günündə Yaşıl Zona proqramı üzrə müxtəlif tədbirlərkeçirilib və bu tədbirlər çərçivəsində iştirakçılar iqlimfəaliyyəti, dayanıqlı gələcəklə bağlı təşəbbüsləri müzakirə etməküçün bir araya gəliblər. 17 noyabr tarixində Yaşıl Zonada COP29Azərbaycan Əməliyyat Şirkəti və COP29-un telekommunikasiyatərəfdaşı “Azercell Telekom” MMC tərəfindən birgə panel sessiyasıda baş tutub.

Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, “Azercell Telekom”unhüquq və məlumat strategiyası üzrə baş mütəxəssisi Şirin Əliyevanınmoderatorluğu ilə keçirilən “Liderlik edən qadınlar: Dayanıqlıgələcək üçün iqlim çempionları” panel sessiyası iqlim dəyişmələrinəqarşı mübarizədə transformativ dəyişikliyə təkan verən aparıcıqadın mütəxəssisləri və iqlim liderlərini bir araya gətirib. Panelsessiyasında Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusitapşırıqlar səfiri Barbara Botos, “onepoint5”in təsisçi tərəfdaşıvə baş direktoru eyni zamanda UNFCCC-nin sabiq icraçı katibi(2016-2022) Patrisia Espinoza və “Unison Group”un təsisçisi vəprezidenti Nurzat Abdirasulova iştirak edib.

Panel müzakirəsində iqlim dəyişmələrinə qarşı mübarizədə genderinklüzivliyinin rolu diqqət mərkəzində olub, qadınların iqlimdayanıqlılığı və ətraf mühitin qorunması sahəsindəkifəaliyyətlərinin necə genişləndirməsi ətrafında fikir mübadiləsiaparılıb və həmçinin bu sahədəki gender əsaslı çağırışlara dairtəkliflər irəli sürülüb. İştirakçılar iqlim dəyişmələrinə qarşımübarizənin qlobal səviyyədə daha effektiv olması üçün qadınlarınsəsi və təşəbbüslərinin əhəmiyyətinin artırılmasını vurğulayıblar.Müzakirə zamanı qadınların iqlim fəaliyyətlərinin bütünsəviyyələrində, xüsusilə də qərar qəbul etmə proseslərindəiştirakının təşviq edilməsinə diqqət çəkilib.

COP29-un
COP29-un
COP29-un
COP29-un
Məqalədə:
Seçilən
66
6
az.trend.az

7Mənbələr