AZ

"Haber Global": COP29 çərçivəsində "Futbol Klublarının İqlim Alyansı" yaradılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda COP29 məkanında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının dəstəyi ilə Azərbaycanın "Qarabağ" klubu və Avropa Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə yeni yaradılmış "Futbol Klubları İqlim Alyansı"nın təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Alyansa "Qarabağ"dan başqa, İngiltərənin "Liverpul" və "Tottenhem", İspaniyanın "Atletiko Madrid" və "Betis", İtaliyanın "Udineze", Portuqaliyanın "Portu", Braziliyanın "Flamenqo" və İsveçin "Malmö" klubları daxildir.
Həmçinin, alyansa Türkiyədən "Qalatasaray" və "Fənərbağça" komandaları qatılıb.
Təqdimat tədbirində baş məşqçi Fatih Terim də xüsusi qonaq qismində iştirak edib. Tədbirdə iştirak edən rəsmilər "Futbol Klublarının İqlim Alyansı"nın yaradılması ilə bağlı bəyannamə imzalayıblar.
Alyansda iştirak edən komandalar iqlim məsələsinə daha çox həssaslıq göstərəcək və bununla bağlı layihələr həyata keçirəcəklər.
Seçilən
50
4
oxu.az

5Mənbələr