AZ

Rusiyada erməni qatil saxlanıldı

Rusiyanın Həştərxan şəhərində çoxsaylı qətllər törədən Vahan Safaryan saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, həmin şəxs cinayətlərə 90-cı illərin sonu - 2000-ci illərin əvvəllərində başlayıb. Onun ən azı üç nəfəri qətlə yetirdiyi bildirilir.

Safaryan ilk dəfə 2004-cü ildə saxlanılıb. O, adam öldürdükdən sonra 19 il müddətinə həbs cəzasına məhkum edilib.

2023-cü ildə o, cəza müddətinin bitməsindən bir qədər əvvəl azadlığa buraxılıb və icbari işlərə göndərilib.

Lakin müstəntiqlər onun 26 il əvvəl ikiqat qətldə iştirakını sübut etdiyi üçün o, uzun müddət azadlıqda qalmayıb. 1998-ci ildə Safaryan Həştərxanda mənzilə daxil olaraq, ana və qızı boğub, sonra isə 45 min rubl pulu götürüb.

İndi Safaryan "iki və ya daha çox şəxsi öldürmə" maddəsi ilə ittiham olunur.


Müəllif: Teleqraf.com
Seçilən
23
10
teleqraf.com

10Mənbələr