AZ

Ukraynanın 5 pilotsuz təyyarəsi Rusiya bölgələrinə hücum edib

...Ukraynanın pilotsuz uçuş aparatları Bryansk və Kursk vilayətlərinə hücum etməyə cəhd edib.

SİArus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.

...Moskva vaxtı ilə saat 16:40-dan 18:00-a qədər Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktları törətmək cəhdlərinin qarşısı alınıb, - deyə idarənin açıqlamasında bildirilir.

Müdafiə Nazirliyi aydınlaşdırıb ki, Rusiya növbətçi hava hücumundan müdafiə sistemləriKursk vilayəti üzərində səmada Ukrayna Silahlı Qüvvələrinin üç pilotsuz təyyarəsini məhv edib.

Daha iki Ukrayna pilotsuz uçan aparatı Bryansk vilayəti üzərində məhv edilib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində bölmələrinin bloklandığını bildirib. Olqovskaya bağı ərazisində yaranmış “qazandan” çıxmağa cəhdləri uğursuz olub.

Bunu da rus saytları yazır.

Əli Babayev

Seçilən
44
sia.az

1Mənbələr