AZ

39-cu Dünya Konqresdə yeni prezident seçilib

Portuqaliyanın Porto şəhərində Beynəlxalq Voleybol Federasiyasının (FIVB) 39-cu Dünya Konqresi keçirilib.

İdman.biz xəbər verir ki, noyabrın 15-17-də baş tutan konqresdə 200 ölkənin yerli federasiyalarının nümayəndələri iştirak edib.

Yığıncaqda ölkəmizi Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov təmsil edib. Konqresin ilk günü FIVB-nin sabiq prezidenti Ari Qraça çıxışında 200-ə yaxın yerli federasiyasının nümayəndələri dünya voleybol ailəsi olaraq idmanın gələcəyini formalaşdırmaq üçün buraya toplaşdığını bildirib. Toplantıda voleybol dünyasında son 12 il ərzində görülən işlər müzakirə edilib, növbəti 8 il üçün FIVB-nin yeni prezidenti və İdarə Heyətinin üzvləri seçilib. Tədbirdə FIVB-nin yeni prezidenti vəzifəsinə Fabio Azevedo seçilib. Həmçinin FIVB şuraları və komissiyalarının hesabatları, voleybolun inkişafı istiqamətində görülən mühüm işlər haqqında məlumatlar təqdim edilib.

Qeyd edək ki, konqresin sonuncu günündə dünya voleybol ailəsinin üzvlərinə və təşkilatlara çoxsaylı mükafatlar təqdim olunub. FIVB-də səlahiyyət müddəti başa çatan A. Qraça qurumun fəxri prezidenti adına layiq görülüb.

İdman.biz

Seçilən
28
idman.biz

1Mənbələr