AZ

COP29-da Türkiyə pavilyonu - Əminə Ərdoğanın möhtəşəm layihəsi

Xəbər verdiyimiz kimi, COP29-da bir sıra ölkələrin milli pavilyonları geniş çərçivədə təqdim olunur. Türkiyənin pavilyonu isə xüsusilə diqqət çəkir. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə təqdim olunan layihə həm möhtəşəm dizaynı, həm də ətraf mühitin qorunmasına dair vacib mesajları ilə qlobal miqyasda maraq doğurub.

Əminə Ərdoğan uzun illərdir ekoloji problemlərin həllinə yönəlmiş layihələrə dəstək verir. Bu dəfə Türkiyə pavilyonunda təqdim olunan layihə vasitəsilə Türkiyə, bərpa olunan enerji mənbələri, təmiz texnologiyalar və davamlı şəhərsalma sahəsində nailiyyətlərini dünyaya nümayiş etdirir.

COP29 iştirakçıları tərəfindən böyük maraqla qarşılanan Türkiyə pavilyonu, Əminə Ərdoğanın liderliyi altında iqlim dəyişikliyinə qarşı qlobal həmrəyliyin vacibliyini bir daha vurğulayır. Bu təşəbbüs, Türkiyənin yaşıl iqtisadiyyata keçid və davamlı inkişaf hədəflərinə sadiqliyini nümayiş etdirir.

News365.az həmin görüntüləri təqdim edir:

Seçilən
42
34
news365.az

10Mənbələr