AZ

Fırıldaqçılar rusiyalı aktrisanı aldadıblar...

Rusiyanın əməkdar artisti Anastasiya Svetlova dələduzların hərəkəti ucbatından 4,7 milyon rubl itirib.

SİA-nın məlumatına görə, bu barədə REN TV öz mənbəsinə istinadən xəbər verir.

Aktrisa hadisədən təsadüfən xəbər tutub. O, kredit kartı açmaq üçün Rusiya bankının filiallarından biri ilə əlaqə saxlayıb.

Lakin başqa bankdan vaxtı keçmiş kredit borcunu əsas gətirərək orada ona imtina ediblər. Bu kreditin həcmi 2,6 milyon rubl təşkil edib.

Bundan əlavə, fırıldaqçılar Svetlovanın adına virtual kredit kartı açıblar, onun hesabında bir milyon rubl olub. Onlar bu vəsaiti kredit kartından çıxarıblar. Beləliklə, zərərin ümumi məbləği təxminən beş milyon rubl təşkil edib.

Svetlovanın əvvəllər kredit götürmədiyi vurğulanır. Eyni zamanda, bu ilin yazında yeni SİM kart aldığını xatırladıb. Bundan əvvəl fırıldaqçıların 85 yaşlı sənətçi Lev Priqunovu aldatdığı məlum olub.

“Ölümcül qüvvə” və “Qromovlar” seriallarındakı rolları ilə tanınan aktyordan daha əvvəl imza atdığı iddia edilən tibbi prosedurlar üçün pul istənilib. Ona dəymiş ziyanın ümumi məbləği 118 min rubl təşkil edib.

Nazlı Almuradova

Seçilən
29
sia.az

1Mənbələr