AZ

Ronaldo Qvardiola ilə gizli danışıqlar aparıb - SON DURUM

Məşhur braziliyalı keçmiş futbolçu Ronaldo Braziliya Futbol Konfederasiyasının rəhbəri postu uğrunda mübarizə aparmağı planlaşdırır. 

Fanat.Az xəbər verir ki, informasiyanı İspaniyanın “Sport” nəşri yayıb.

Mənbənin məlumatına görə, Ronaldo növbəti seçkilərdə iştirak etməyi planlaşdırır. "Yekədiş" seçkilərdə qalib gələrsə, Braziliya millisinin baş məşqçisi postuna Xosep Qvardiolanı dəvət edəcək. Braziliyalı və ispaniyalının artıq belə bir ssenarini müzakirə etdiyi iddia edilib. Düzdür, Qvardiola hələ Ronaldoya dəqiq cavab verməyib. 2026-cı ildə iş dəyişikliyi onun üçün cəlbedici olsa, Pep bu barədə düşünəcəyini deyib. 

Bir vaxtlar Ronaldo və Qvardiolanın yollarının "Barselona"da kəsişdiyini vurğulamağa dəyər.

Hazırda BFK-nın prezidenti postunu Ednaldo Rodriges tutur. Onun səlahiyyət müddəti 2026-cı ilin martında başa çatacaq. 

Mirağa

Seçilən
16
34
fanat.az

10Mənbələr