AZ

Xorvatiya Bayraktar üçün 100 milyon dollar XƏRCLƏYƏCƏK

Xorvatiya Türkiyədən Bayraktar TB2 pilotsuz təyyarələrinin partiyasını almağa hazırlaşır.

"Unikal" xəbər verir ki, məlumatı Breaking Defence yayıb.

Xorvatiyanın müdafiə nazirinin sözlərinə görə, ölkə “tam paket” üçün 95 milyon dollar ödəyəcək. Kəşfiyyat üçün kameraları olan altı pilotsuz təyyarə və əsas silah dəsti ilə yanaşı, “paket”ə idarəetmə mərkəzi, iki komanda və idarəetmə məntəqəsi, simulyator və ehtiyat hissələri də daxildir.
Beləliklə, bütün lazımi köməkçi sistemlərə malik bir Bayraktar Xorvatiyaya orta hesabla 15,8 milyon dollara başa gələcək.
Ekspertlərə görə, Xorvatiya dronlardan əsasən kəşfiyyat məqsədilə istifadə edəcək.

Defence Express qeyd edir ki, Bayraktar TB2 uzun mənzilli raketlərin perspektivli daşıyıcısıdır. Ötən il Türkiyə 200 km mənzilli “Kemankes” mini qanadlı raketini kütləvi istehsala buraxmalı idi.

Seçilən
33
5
unikal.az

10Mənbələr