AZ

İran və Rusiya Azərbaycandan Fars körfəzinə qədər dəmir yolunun çəkilməsini müzakirə edirlər

Bakı. Trend:

İran və Rusiya İranın Azərbaycanla sərhəddə yerləşən Parsabadşəhərindən İranın Fars körfəzindəki ən böyük Bəndər-Abbas limanınaqədər Rusiya standartı ilə dəmir yolunun tikintisi ilə bağlıdanışıqlar aparır.

Trend İranprezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İranİslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali deyib.

“Rəşt-Astara dəmir yolu xətti ilə yanaşı, Rusiya ParsabaddanBəndər-Abbasa qədər Rusiya standartlı dəmir yolunun tikintisinəsərmayə qoymaq istəyirlər”, - K.Cəlali Tehranda İran prezidentiMəsud Pezeşkian ilə görüşündə deyib.

Öz növbəsində, Pezeşkian qeyd edib ki, dəmir yollarının şimaldancənuba doğru genişləndirilməsi ölkənin xalqına və iqtisadiyyatınaxeyir verir, Rusiya və İranın iqtisadi ehtiyaclarını ödəyəbilər".

O eyni zamanda Rəşt-Astara marşrutunun tikintisininsürətləndirilməsi barədə göstəriş verib.

Seçilən
38
2
az.trend.az

3Mənbələr