AZ

"Kaliforniya sahillərində Qiyamət Gününün balığı aşkar edilib" - "The Guardian"

"2011-ci ildə Yaponiyada baş vermiş dağıdıcı zəlzələdən bir neçə ay öncə çimərliklərdə 20 kəmər balığı aşkar edilib..."
 
Son yarımildə ABŞ-ın Kaliforniya ştatı sahillərində Qiyamət Gününün, Apokalipsisin müjdəçisi, yaxud, sadəcə, kəmər balığı aşkar edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın  "The Guardian" qəzeti yazıb.
 
Kəmər balığı okean dərinliklərində yaşayan nadir balıq növlərindəndir, tarixən ölüm və təbii kataklizmlər müjdəçisi hesab edilib.
 
San-Diyeqoda Kaliforniya Universiteti nəzdində Skripps Okeanoqrafiya İnstitutu məlumat verib ki, ötən həftə aspirantlardan biri Kaliforniyanın cənubunda Enkinitas çimərliyində uzunluğu üç metr olan ölü kəmər balığına rast gəlib.
 
Uzun lentşəkilli bədənə malik olan bu varlıqlar adətən işığın düşmədiyi dərin mezopelagik adlanan su zonalarında yaşayır. Bəzən onlar təbii fəlakətlər və ya zəlzələlərdən xəbər verən mifik reputasiyalarına görə Qiyamət Günü balığı adlandırılır.
 
2011-ci ildə Yaponiyada baş vermiş dağıdıcı zəlzələdən bir neçə ay öncə çimərliklərdə 20 belə balıq aşkar edilib. Onlar həmçinin "siyənək kralı", kəmər balığı, Yaponiyada isə "ryugu no tsukai" adlandırılır, bunun da tərcüməsi "dəniz əjdaha Allahı sarayının elçisi" deməkdir.
 
Ölü kəmər balığı bir qrup kayakerlər və sualtı üzgüçülük həvəskarının San-Diyeqo sahilində suyun üzərində üzən 4 metr uzunluğunda kəmər-balığı aşkar etdikdən cəmi üç ay sonra tapılıb.
 
Bu qeyri-adi hadisədir. 1901-ci ildən bəri kəmər balığı cəmi 20 dəfə sənədləşdirilib, bunu Skripps Okeanoqrafiya İnstitutunun balıqlar üzrə eksperti Ben Freybl deyib. Belə unikal varlıqların tez-tez suyun səthində görünməsi okeanda dəyişikliklərlə bağlı ola bilər.
 
Freybl izah edib ki, tədqiqatçılar El-Ninyo və La-Ninyo hadisələrini qeyd edir, lakin alimlər "Apokalipsis müjdəçisini" suyun səthinə çıxmağa nəyin məcbur etdiyini bilmir.
Seçilən
33
moderator.az

1Mənbələr