AZ

Paşinyan hökumətində parçalanma: ard-arda istefa ərizələri YAZILDI

Ermənistan hökumətində bir neçə yüksəkvəzifəli məmurun ard-arda istefa verməsi barədə xəbərlər yayılıb.

 

Modern.az xəbər verir ki, "shamshyan.com" saytı Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyanın istefa verdiyini yazıb.

 

Onların qısa müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdüyü bildirilir. Paşinyan adıçəkilən şəxslərlə sərt söhbət edib, bundan sonra onlar istefa ərizələrini təqdim ediblər.

 

“Radar Armenia” nəşri isə bildirib ki, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa veriblər. Paşinyanın onların fəaliyyətini tənqid etdiyi qeyd olunur.

 

Xəbərlər hələlik rəsmi təsdiqini tapmayıb. Qərarların tezliklə açıqlanacağı gözlənilir.

 

Bəzi erməni saytları Ermənistan hökuməti daxilində böhran yarandığını bildirir.

Seçilən
51
37
modern.az

10Mənbələr