AZ

Joze Mourinyodan 13 yaşlı azarkeşinə böyük jest - VİDEO

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo, "Zenit"lə keçirilən yoldaşlıq oyununda klubun 13 yaşlı azarkeşi Efeyə böyük jest edib.

Milli.Az xəbər verir ki, Efe matçdan əvvəl Joze Mourinyo ilə şəkil çəkdirmək istəyib, lakin  Portuqaliyalı məşqçinin qərarı ilə o, əvvəlcə sahəyə, sonra ehtiyat oyunçular skamyasına keçib.

Gənc azarkeşin ehtiyat oyunçular skamyasında olduğunu görən komanda kapitanlarından Mert Hakan Yandaş matçdan əvvəl Efeni soyunub-geyinmə otağına aparıb.

Soyunub-geyinmə otağında futbolçuları görən Efe təəccübünü gizlədə bilməyib: "Bu gerçəkdirmi? Hazırda əl-ayağım titrəyir. Tadiç 5 metr qarşımdadır və reaksiya verə bilmirəm. indi yuxu kimidir". deyib.

13 yaşlı azarkeş oyunu futbolçularla ehtiyat oyunçular skamyasında izləyib. Matçdan sonra Efeyə Tadiçin matçda geyindiyi forma hədiyyə edilib və gənc azarkeş futbolçularla və Joze Mourinyo ilə foto çəkdirdikdən sonra stadionu tərk edib.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
32
milli.az

1Mənbələr