AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - hadisələrin axarı sakitlik və təmkin tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə bağlı informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə varmayın. Başqasını müzakirə edəndə sərt danışmayın.

Buğa - günün işlərini əvvəlcədən planlaşdırın. Mühüm olayı unutmayın. Diqqətsizlik ciddi problem yarada bilər. Sadəlövh olmayın, deyilən hər sözə inanmayın. Biznes və maliyyə məsələləri ilə bağlı müzakirələrdə huşyar olun.

Əkizlər - ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Mübahisələr etməyin, münaqişələrdə diplomatik davranın. Yeni layihələrə başlamaq olar. Genişmiqyaslı işə start verilərsə, diqqətli davranın.

Xərçəng - maliyyə məsələləri ilə diqqətlə maraqlansanız, yaxın ətrafınızdakı insanlardan birinin sizi aldatdığını, fırıldaqçılıq etdiyini görəcəksiniz. İntriqanın mərkəzinə düşəcəksiniz. Sizdən informasiya mənbəyi kimi istifadə etmək istəyəcəklər.

Şir - gün ərzində görəcəyiniz işləri əvvəlcədən nizamlayın, planlaşdırın. Mümkün qədər çox iş görməyə, bu zaman ifrat yorğunluğa düçar olmamağa çalışın. Aktiv olun, yeni tapşırıqları və sifarişləri yerinə yetirəcək potensiallı insan təsiri bağışlayın. Əməllərinizdə ardıcıl olun. Eqoist, təşəxxüslü, ən başlıcası isə impulsiv olmayın.

Qız - intuisiyanız iti olacaq, hissiyatınız artacaq. Təhlükənin gələ biləcəyi istiqaməti müəyyənləşdirməyə can atın. Alınan siqnalları qulaqardına vurmayın. Yaradıcılıqda uğurlar ola bilər. İstedadınızı göstərin.

Tərəzi - günün ilk yarısında yaxşı xəbərlər olacaq. Uzun müddət gözlədiyiniz məlumatı alacaqsınız. Başladığınız işdə və ya həll etməyə başladığınız məsələdə irəliləyəcəksiniz. Maddi rifah durumunuzu yaxşılaşdıra biləcək təklif alacaqsınız.

Əqrəb - uzunmüddətli planların reallaşdırılmasına başlamaq zamanıdır. Mühüm, önəmli xəbəri yolda, yaxud qeyri-adi yerdə ala bilərsiniz. Yetərincə çətin məqsədə çatmaq mümkündür. Bunun üçün qüvvəniz də var.

Oxatan - xatirələrə dalmaq, ötənlərlə yaşamaq zamanı deyil. Bütün işləri başa vurmağa tələsməyin. Əks təqdirdə ifrat yorğunluğa düçar ola bilərsiniz. Maraqlı insanlarla təmaslarda olun. Dəvət aldığınız tədbirdən qalmayın.

Oğlaq - hadisələrdə qəfil dönüş, maraqlı tanışlıq, yeni görüş ola bilər. Yenilikləri əxz edin, aldığınız informasiyalardan yararlanın. Çoxdan bəri müşahidə etdiyiniz insanın kim olduğunu anlamağa çalışın.

Dolça - ağır fiziki iş və ya inadkar zəhmət tələb edən sahələrdə fəaliyyət o qədər də uğurlu deyil. Mürəkkəb hesablamaların başa çatdırılmasını daha əlverişli zamanadək təxirə salın. Yeni tanışlarla ünsiyyətdə faydalı nəsnələr əldə edə bilərsiniz.

Balıqlar - sözləri təhrif etməyin, intriqa və yalanlara əl atmayın. Uzun müddətdən bəri məşğul olmaq istədiyiniz işlərin ön plana çıxmaları istisna deyil. Onları yenidən ertələmək mümkün deyil.

Milli.Az

Seçilən
33
mia.az

1Mənbələr