AZ

Turşudan zəhərləmə ardıcıl can aldı – Təhlükədən necə qorunaq?

İsti aylarda hazırlanan turşular qışda daha çox istifadə edilir. Bu səbəbdən də qış aylarında turşudan zəhərləmə halları çox olur.

Editor.az  Xəzər TV-yə istinadən bildirir ki, bir neçə gün əvvəl də Sumqayıtda pomidor turşusundan zəhərlənən 53 yaşlı qadın həyatını itirib.

Qida mütəxəssisi Seymur Qafarovun sözlərinə görə, turşu məhsullarının hazırlanmasında bəzi məqamlar var ki, bunlara ciddi yanaşmadıqda zəhərlənmə, ölüm halı qaçılmaz olur.

Seymur Qafarov bildirib ki, turşu məhsullarının qablaşdırılmasına və saxlanma şəraitinə diqqət etmək lazımdır. Şüşə qablarda hazırlanan məhsullar bir -birinə yaxın və günəş şüaları altında saxlanmamalıdır.

Ekspert bildirib ki, istifadəyə yararsız konservləşmiş məhsulu qablaşdırmanın görünüşündən, qapağın altında yığılmış ağ təbəqədən və qoxusundan aydın etmək olur. Bu məhsullar qaranlıq şəraitdə saxlanmalı, otaq temperaturu isə 20-23 dərəcə arasında olmalıdır.

Seçilən
49
9
editor.az

10Mənbələr