AZ

Fransa yığması İtaliyaya səfərdə qalib gəldi, qrup lideri oldu

Bu gün UEFA Millətlər Liqasında 6-cı tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk gündə 4 qrupda 8 matç keçirilib.

A Liqasında İtaliya ilə Fransa birinci yerin taleyinə aydınlıq gətirib. İlk turda öz meydanında 1:3 hesabı ilə uduzan fransalılar səfərdə eyni hesabla qalib gəliblər. Nəticədə eyni xal toplayan yığmalar arasında lider 1 top fərqlə müəyyənləşib. Fransa millisi 1-ci pilləni tutub.

İngiltərə B Liqasında ilk pillədə qərarlaşaraq, yenidən güclülər sırasına dönüb. Komanda son turda İrlandiyanın qapısından 5 cavabsız top keçirib. Eyni nəticə Norveç – Qazaxıstan görüşündə də qeydə alınıb. Qələbə vikinqləri A Liqasına yüksəldib.

UEFA Millətlər Liqası
6-cı tur

17 noyabr

A Liqası, 2-ci qrup

İtaliya – Fransa 1:3
Qollar: Kambyazo, 35 – Rabyö, 2; 65. Vikario, 33-öz qapısına.

İsrail – Belçika 1:0
Qol: Şua, 86.

Xallar: Fransa – 13. İtaliya – 13. Belçika – 4. İsrail – 4.

B Liqası, 2-ci qrup

İngiltərə – İrlandiya 5:0
Qollar: Keyn, 53-pen. Qordon, 56. Qallaxer, 58. Bouen, 76. Harvud-Bellis, 79.

Finlandiya – Yunanıstan 0:2
Qollar: Bakasetas, 52. Tsolis, 56.

Xallar: İngiltərə – 15. Yunanıstan – 15. İrlandiya – 6. Finlandiya – 0.

B Liqası, 3-cü qrup

Norveç – Qazaxıstan 5:0
Qollar: Haland, 23; 37; 71. Sörlot, 41. Nusa, 76.

Avstriya – Sloveniya 1:1
Qollar: Şmid, 27 – Çerin, 81.

Xallar: Norveç – 13. Avstriya – 11. Sloveniya – 8. Qazaxıstan – 1.

C Liqası, 4-cü qrup

Latviya – Ermənistan 1:2
Qollar: Uldrikis, 70 – Spertsyan, 48. Miranyan, 74.

Şimali Makedoniya – Farer adaları 1:0
Qol: Miovski, 62.

Xallar: Şimali Makedoniya – 16. Ermənistan – 7. Farer adaları – 6. Latviya – 4.

Seçilən
45
futbolinfo.az

1Mənbələr