AZ

Antalyada dörd saatda üç mövsüm: Günəş, yağış, qar

Türkiyənin Antalya vilayətində bir neçə saat ərzində baş verən hava dəyişikliyi vətəndaşları və xarici turistləri heyrətə salıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, vilayətin yüksək dağlıq ərazilərində qarın yağdığı bir vaxtda, digər yerlərindəki günəşli hava birdən-birə yerini güclü yağışa verib.

Günəşli hava ilə oyanan antalyalıları günorta saatlarına doğru yağan leysan yağışı təəccübləndirib.

Bir neçə saatlıq leysan yağışdan sonra günəşli hava geri qayıdıb və bundan istifadə edən Antalya sakinləri Konyaaltı çimərliyinə axın ediblər.

 

 

Seçilən
62
1
hakimiyyet.az

2Mənbələr