AZ

Mananaya ağır itki

Əməkdar artist Manana Caparidzeyə ağır itki üz verib.

OLAY yazır ki, sənətçinin anası Makvala Caparidze vəfat edib. 

Bu barədə Manana instaqram səhifəsində məlumat yayıb.

“Mənim sevimli, əziz, misilsiz anam, qoruyucu mələyim, öz mehriban ürəyini və dualarını mənə buraxdı. Onun nurlu ruhu isə atam və qardaşımladır. Ana, sevginə, qayğına ,mənə verdiyin həyata, mənə etdiyin hər şeyə görə, sənə təşəkkür edirəm. Sən əbədi mənimlə və ürəyimdə, canımda, dualarımda qalacaqsan. Bu cür misilsiz anaya, qoruyucu mələyə görə, uca Allaha təşəkkür edirəm. Əzizim anam, Allah sənə rəhmət eləsin, ruhun şad olsun, məkanın cənnət olsun, inşallah, Amin!”, - deyə Manana paylaşımında yazıb. 

Seçilən
50
4
olay.az

5Mənbələr