AZ

İtaliyanın Baş naziri G20 Liderlər Sammitində iştirak etmək üçün Braziliyada səfərdədir

İtaliyanın Baş naziri Ciorcia Meloni Rio-de-Janeyro şəhərində keçiriləcək 19-cu G20 (Böyük İyirmilik) Liderlər Sammitində iştirak etmək üçün Braziliyaya səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.

Bildirilir ki, Ciorcia Meloni səfər çərçivəsində Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ilə görüş keçirib. Görüşdə İtaliyanın G7-yə, Braziliyanın isə G20-yə sədrliyindən məmnunluq ifadə olunub, iki ölkə arasındakı əlaqələr, xüsusilə enerji və infrastrukturun inkişafı sektorlarında mümkün prioritetlər nəzərdən keçirilib.

Tərəflər Roma və Braziliya arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində səyləri davam etdirmək barədə razılığa gəliblər. Həmçinin 2025-2030-cu illər üçün İtaliya-Braziliya Strateji Tərəfdaşlığı üzrə Fəaliyyət Planının imzalanması barədə fikir mübadiləsi aparılıb.

Seçilən
35
1
operativmm.az

2Mənbələr