AZ

Putin sülh istəmir və danışıqlara hazır deyil

Rusiya diktatoru Vladimir Putin sülh istəmir və bu barədə danışıqlara hazır deyil. O, döyüşləri daha da gücləndirmək niyyətindədir.

Bunu Fransa prezidenti Emmanuel Makron deyib:

“Düşünürəm ki, artıq bir neçə həftədir müşahidə etdiyimiz kimi, prezident Putinin niyyətinin döyüşləri gücləndirmək olduğu aydındır."

O vurğulayıb ki, Rusiyanı döyüşləri dayandırmağa və “beynəlxalq hüquqa hörmət” şərtləri əsasında sülh danışıqlarına sövq etmək hər kəsin borcudur.

"Belə ki, o, sülh istəmədiyini və danışıqlara hazır olmadığını deməsin", - Fransa prezidenti əlavə edib.

Makron həmçinin bildirib ki, o, Rusiya diktatoru Putinlə beynəlxalq hüuqlar çərçivəsində danışıqları istisna etmir,.

“Biz Ukrayna xalqı qarşısında öhdəliklərimizi yerinə yetirməliyik”, - deyə o, yekunlaşdırıb.

Oxuməni.az

Seçilən
20
3
oxumeni.az

5Mənbələr