AZ

Rusiya ordusu Ukraynanın Sumı şəhərinə zərbə endirdi - 10 ölü, 55 yaralı var

Noyabrın 17-də axşam saatlarında Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə həyata keçirdiyi raket zərbəsi nəticəsində azı 10 mülki şəxs həlak olub. Onlardan ikisi uşaqdır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.

Qeyd olunur ki, bazar günü Rusiya Ordusu Sumının sıx məskunlaşmış ərazisinə raket zərbəsi endirib və raket doqquzmərtəbəli yaşayış binasının yaxınlığına düşüb.

Raket zərbəsi nəticəsində 55 nəfər yaralanıb ki, onlardan da 8-i uşaqdır.

Hazırda dağıntılar təmizlənir, ölən və xəsarət alanların sayının artacağı istisna edilmir.


Bizim.Media 

Seçilən
70
49
bizim.media

10Mənbələr