AZ

Vyetnam və Braziliya münasibətlərini strateji tərəfdaşlığa yüksəldir

Vyetnam və Braziliya dövlətlərarası münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər.

“İki sahil” VIA-ya istinadla xəbər verir ki, müvafiq bəyanat Vyetnamın Rio-de-Janeyro şəhərində bazar ertəsi başlayan G20 sammitində Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ilə Vyetnamın baş naziri Fam Min Trin arasında keçirilən görüşdən sonra qəbul edilib.

Məlumata görə, iki lider müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib və 2023-cü ilin sentyabrında imzalanmış müdafiə sahəsində əməkdaşlığa dair ikitərəfli anlaşma memorandumu əsasında hərbi təlim, müdafiə sənayesi, hərbi təchizat, logistika, tibb və sülhməramlılıq sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Vyetnam agentliyi xəbər verir ki, Vyetnam və Braziliya həmçinin transmilli cinayətlərin qarşısının alınması və kibertəhlükəsizlik sahəsində tərəfdaşlıq əlaqələrini genişləndirmək barədə razılığa gəliblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
20
ikisahil.az

1Mənbələr