AZ

İsrail HHQ şərqdən göndərilən PUA-nı vurub

İsrail Hərbi Hava Qüvvələri şərqdən atılan pilotsuz uçuş aparatını vurub.

"Report"un məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti xəbər verib.

Məlumata görə, PUA İsrail sərhədini keçməzdən əvvəl vurulub.

Nazirlik qeyd edib ki, bu hücumla əlaqədar Qırmızı dəniz sahilindəki Eylat şəhəri ərazisində “protokola uyğun olaraq” hava hücumu xəbərdarlığı elan edilib.

Xatırladaq ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də Qəzza sektorundan radikal HƏMAS qrupunun silahlılarının İsrail ərazisinə keçməsi, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin qətlə yetirilməsi və 240-dan çox insanın girov götürülməsi ilə kəskin şəkildə pisləşib.

Seçilən
34
4
report.az

6Mənbələr