AZ

Afrikalı ekspert: "Enerji keçidində investisiyalar və dəstək məhz bizim qitəyə yönəldilməlidir"

Dünya əhalisinin 20 %-nin yaşadığı Afrika bərpa olunan enerji ilə bağlı qlobal investisiyalarda cəmi 2 % paya malikdir və bu ədalətsizlik aradan qaldırılmalıdır.

Bunu "Report"a açıqlamasında Keniyada fəaliyyət göstərən "Power Shift Africa" - ekologiya təşkilatının eksperti, ABŞ-ın Denison Universitetinin dosenti və Qlobal Davamlı Rifah İnstitutunun prezidenti Fadhel Kaboub bildirib.

O, COP29-da iştirak etmək üçün Bakıdadır.

Qonağın sözlərinə görə, Afrika qitəsi günəş və digər bərpa olunan enerji mənbələri baxımından böyük potensiala malik olsa da, qlobal enerji keçidindən kənarda qalır.

O, əlavə edib ki, qitənin enerji imkanlarının genişləndirilməsi, Davamlı İnkişaf Məqsədləri (DİM7) çərçivəsində hər kəsin müasir və davamlı enerji ilə təmin edilməsi hədəflənməlidir: "Əgər qlobal enerji keçidində real dəyişikliklər etmək istəyiriksə, investisiyalar və dəstək məhz Afrika qitəsinə yönəldilməlidir. Afrika bu prosesdə liderlik etməli və qlobal enerji inqilabında mərkəzi rol oynamalıdır”.

Seçilən
22
1
report.az

2Mənbələr