AZ

Ərdoğan Ukrayna müharibəsini bitirmək istəyir - Gözlənilməz TƏKLİFLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 18-də Braziliyada keçiriləcək G20 sammitində Ukraynadakı münaqişənin həlli ilə bağlı swlh planını təqdim etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

G20 liderlərinin görüşündə Ərdoğanın Ukraynadakı münaqişənin dondurulmasını təklif edəcəyi bildirilir.

 

Məlumata görə, Ərdoğan Ukraynanın NATO-ya daxil olması ilə bağlı müzakirələrin ən azı 10 il təxirə salınmasını, Donbasın şərq hissəsində silahsızlaşdırılmış zona yaradılmasını və “əlavə təminat kimi” orada beynəlxalq qoşunlar yerləşdirilməsini təklif edəcək.

 

Təklifə əsasən, NATO-ya üzv olmaqdan imtina etmə qarşılığında Ukrayna kompensasiya kimi hərbi təchizatla təmin ediləcək.

 

Agentlik qeyd edir ki, Türkiyə hakimiyyəti bu yanaşmanı real hesab edir, buna baxmyaraq Ukraynanın təklifi qəbul etməsinin çətin olacağını etiraf edirlər.

 

"Ərdoğan ümid edir ki, Zelenskini İstanbuldakı sülh danışıqlarına qatılmağa razı sala bilər, çünki kəşfiyyat məlumatlarına görə, döyüşlər dayandırılmasa, Ukraynanın yaxın bir neçə ay ərzində daha çox ərazi itirə biləcəyini görüb", - məqalədə qeyd olunur.

 

G20 sammiti noyabrın 18-19-da keçiriləcək. Sammitdə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və yoxsulluqla mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenski sammitə dəvət edilməyib.

Seçilən
14
1
modern.az

2Mənbələr