Yeni bir araşdırma gündə 8 saatdan az yatmağın ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini ortaya qoyub.
News24.az xəbər verir ki, Kolumbiya Universitetinin araşdırmasına görə, ABŞ-da 65 yaşdan yuxarı hər on insandan biri demensiya (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi addır) ilə mübarizə aparır.
Harvard Tibb Məktəbində aparılan araşdırmalar göstərir ki, qeyri-kafi yuxu ilə demans riski arasında birbaşa əlaqə var. Gündə ən az 6-8 saat yatanlara nisbətən 5 saatdan az yatanlarda demans riskinin iki qat artdığı ifadə edilir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) böyüklərə hər gün ən azı 7 saat yatmağı tövsiyə edərkən, yuxu sağlamlığının qorunmasının sonrakı yaşlarda idrak sağlamlığını qorumaq üçün çox vacib olduğu vurğulanır.
Günel Məlikzadə