AZ

“Şolsun Putinə zəng etməsinin arxasında Almaniyanın iqtisadi maraqları dayanır...”

“O, yaxşı bilir ki, əgər D.Tramp Ukraynada sülhü təmin etsə, Almaniya milyardlarını itirəcək, elə Rusiyanı da eyni vəziyyətə salacaqdır. Bu məsələdə, hər iki liderin müharibəni davam etdirmək məqsədləri üst-üstə düşür...”
 
“ABŞ-ın yeni prezidentinin Ukrayna-Rusiya arasında gedən müharibəni və Ukrayna verəcəyi hərbi və maliyyə yardımını dayandıracağı bəyanatı çoxlarını şok vəziyyətinə salıb. İlk növbədə Ukraynada müharibəni qızışdıran ölkələri, bir də müharibə siyasətini həyata keçirməklə varlanan və qüdrətli ölkəyə çevrilən Rusiyanı. Almaniya kansleri O. Şolsun əl-ayağa düşməsinə səbəb  və V.Putinə zəng vurmasına səbəb də heç də Ukrayna deyil, Ukrayna-Rusiya sülh danışıqları baş tutacağı və sülh sazişi bağlanacağı halda Almaniyanın düşəcəyi iqtisadi vəziyyətdir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Almaniya kansleri Olaf Şolsun Rusiya prezidenti V.Putinə zəng etməsinin səbəblərindən bəhs edən siyasi analitik Tahir Cəfərli ifadə edib.
 
“Ukraynada müharibə dayansa, ABŞ-dan Almaniyaya gələn  hərbi sifarişlərin həcmi azalar. Bu isə milyardlarla dollar deməkdir. Öncə ki söhbətlərimizdə də qeyd etdiyimiz kimi, Tramp hökuməti, əlbəttə ki, təkcə Almaniya deyil, başqa ölkələrə də hərbi-sifarişlərini dayandıracaq və bu pulları ABŞ-ın  yüksək texnologiyalı sənayesinin inkişafına yönəldəcək, Hərbi Sənaye Kompleksini inkişaf etdirəcək, və proteksionizmin  siyasi mexanizmini işə salmaqla həmin ölkələri ABŞ-dan asılı vəziyyətə salacaqdır.  Maraqlıdır ki, bu ölkələrin  başçıları tələm-tələsik D. Tramp təbrik etmişlər, bununla belə, ona qarşı təzyiq mexanizmi axtarıb tapmaq istəyirlər. Əks halda onların bir yolu qalır - D.Trampı aradan götürmək... Avropa liderləri hətta ABŞ-ən rəqibləri ilə də birləşib Trampa qarşı mübarizə aparmağa hazırdırlar. Bu mənada da O.Şolsun V. Putinə zəng etməsinin arxasında Almaniyanın iqtisadi maraqları dayanır”, - deyə davamınd aanalitik bildirib.
 
“Hələ  2022-ci ilin dekabrında  Şols  Putinlə ilk telefon danışıqlarında , Rusiya qoşunlarının  Ukraynadan çıxarılmasını tələb etsə də,  Ukraynaya  kömək edəcəyini bildirmişdir. Bu telefon danışıqlarından sonra O. Şols Avropa ölkələrini Rusiyaya qarşı qaldıran, Ukraynaya ilk  hərbi köməyi Almaniya etmişdir və bu saat anti-Rusiya  cəbhəsinin başında da elə O. Şols durur. O, yaxşı bilir ki, əgər D.Tramp Ukraynada sülhü təmin etsə, Almaniya milyardlarını itirəcək, elə Rusiyanı da eyni vəziyyətə salacaqdır. Bu məsələdə, hər iki liderin müharibəni davam etdirmək məqsədləri üst-üstə düşür. Ukraynada müharibə hər iki ölkənin iqtisadi marağındadır. 
 
Bu səbəblərdən inanılası deyil ki, O.Şolsun Putinə zənginin səbəbi Ukraynada sülhün bərpası ilə bağlı olsun. Prezident Zelensikinın O.Şolsun  V.Putinə zəng etməsinin əleyhinə olduğu da məlumdur. Bu o deməkdir ki, sən bildiyini  çal, mən bildiyimi çalacağam.
 
O. Şolsun V.Putinə zənginin diplomatik mahiyyəti, onun müharibədən əl çəkib və ya çəkməməyini öyrənmək marağıdır. İnanırıq ki, onun məqsədi Ukraynada sülhdür. Əgər Rusiya  sülhə getsə, Almaniyanı ABŞ-la bağlı ciddi problemlər gözləyir. Ilk növbədə Ukraynanı hərbi poliqona çevirmiş və Qərb silahlarını Rusiya silahları ilə toqquşdurub, pul qazanan Almaniyanın Hərbi Sənaye Kompleksinin inkişafına son qoyur.    Əlbəttə ki. Rusiya da müharibə siyasətindən əl çəkməyəcək, çünki bu yol Putin üçün Rusiyanı inkişaf etdirmək üçün tutduğu siyasi yoldur. O. Şolsun V.Putinlə danışıq mövzusu Ukrayna olsa da, inanılası deyil ki, onlar Ukraynanı sülh masasına gətirib çıxaracaqlar, çünki müharibənin getməsi hər ikisinin iqtisadi marağındadır. Onların bu siyasi xəttinə isə maneə ola biləcək siyasətçi isə ancaq D.Tramp ola bilər”, -deyə T.Cəfərli vurğulayıb.
 
S.Laçın
  
 
Seçilən
18
moderator.az

1Mənbələr