![Etiraz](/uploads/posts/2024-11/t-sa.png)
Fransanın Paris şəhəri yaxınlığında fermerlər magistral yolun bir hissəsini bağlayıblar.
Reyting.az xəbər verir ki, bu barədə “FP” agentliyi məlumat yayıb.
Məlumata görə, ötən gecə ona yaxın traktor Parisin cənub-qərbindəki magistral yola çıxıb. Fermerlər Avropa İttifaqı və “Mercosur” arasında ticarət sazişinə etiraz olaraq paytaxtın 10 kilometrliyində magistralın bir hissəsini bağlayıblar.
V. QULİYEV