AZ

Qızla oğlanın öldüyü hadisə ilə bağlı sürücü yenidən məhkəmə qarşısında

Samuxda yol qəzasında iki polis əməkdaşının ölümündə günahlandırılan Allahverdi Behbudovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.


Qeyd: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi protest və şikayəti təmin etməyib. Ali Məhkəmədə də protest və şikayəti təmin etməyib.


İttihama görə, hadisə 16 avqust 2020-ci il tarixində Samux rayonu ərazisində qeydə alınıb.


Hadisədə iştirak edən “NEW Holland TC-5050” markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.


Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur Çağırqanovun sürdüyü “Mercedes” markalı minik avtomobilinin toqquşması E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.

 

Kamal Məmmədov 

Tarix: 18 Noyabr 2024, 09:25   
Seçilən
19
pravda.az

1Mənbələr