Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə QHT.az-a açıqlamasında iqlim dəyişikliyi mövzusunda maarifləndirmə fəaliyyətlərinin vacibliyini vurğulayıb. O bildirib ki, gənclərin bu sahədə məlumatlandırılması üçün görüşlərin keçirilməsi və ətraf mühitin qorunması ilə bağlı fərdi öhdəliklərin müzakirə olunması xüsusi əhəmiyyət daşıyır.
Həmçinin, QHT sədri iqlim dəyişikliyi ilə bağlı həyati təhlükələr və onların qarşısını almaq üçün fəaliyyətlərdən bəhs edən xüsusi dərs saatlarının məktəblərdə tədris olunmasının zəruri olduğunu qeyd edib. Onun fikrincə, səslənən təklifləri ehtiva edən gündəliklər və vebinarlar hazırlanmalı və ictimaiyyətə açıq platformalarda təqdim edilməlidir.
Daha ətraflı məlumat üçün yaxın zamanda müsahibəni təqdim edəcəyik.