AZ

GP Cotton Holdings “Davamlı Heyvandarlıq Təcrübələri” adlı konfrans keçirdib (FOTO)

Bakı. Trend:

Azərbaycanın pambıq və tekstil sənayesinin ən böyük şirkəti olanGP Cotton Holdings, COP29-un altıncı günü Yaşıl Zonada "DavamlıHeyvandarlıq İstehsalı: İqlim Dayanıqlılığı Üçün Biznes və KəndTəsərrüfatının Birliyi" adlı ölkə heyvandarlığının inkişafıbaxımından önəmli sessiya keçirdib. Tədbir iqlim dəyişikliyifonunda davamlı təcrübələrin zəruriliyini müzakirə etmək üçünheyvandarlıq və kənd təsərrüfatı sektorlarından tanınmış simalarıbir araya gətirib.

GP Cotton Holdings şirkətinin Müşahidə şurasının müşaviriGülnarə Həsənovanın moderatorluq etdiyi sessiyanın panelindəAlltechşirkətinin Ətraf mühit, Sosial və İdarəetmə üzrə Qlobalvitse-prezidenti Tara McCarthy, Qlobal SüdçülükPlatformasının İcraçı direktor Donald Moore, Qlobal Davamlı Mal ƏtiPlatformasının Latın Amerikası üzrə regional direktoru JosefinaEisele, GP Cotton Holdings şirkətinin Müşahidə şurasının sədri JohnYoung Simpson, Braziliya Kənd Təsərrüfatı və HeyvandarlıqNazirliyinin Davamlı İstehsal və Suvarma üzrə Direktoru Dr. BrunoBrasil, Dairy Management Inc. Şirkətinin sədri Marilyn Hershey vəJBS Foodsşirkətinin Qlobal Davamlılıq üzrə direktoru Jason Wellerçıxış ediblər.

Tədbirdə iqlimə uyğun heyvandarlıq təcrübələrinin məhsuldarlığıartıraraq ətraf mühitə təsirləri azaltdığı vurğulanıb. Tədbiriştirakçıları arasında uğur hekayələri və innovativ nümunə işləripaylaşılaraq, kənd təsərrüfatı icmaları ilə sənaye liderləriarasında əməkdaşlığın iqlim dayanıqlığına doğru irəliləyişləri necətəmin etdiyi nümayiş etdirilib.

Tara McCarthy çıxışı zamanı davamlı heyvandarlıq istehsalınıniqlim dəyişikliyi ilə mübarizə aparmaq və qida təhlükəsizliyinitəmin etmək üçün əsas olduğunu bildirib. O, “İnnovativ təcrübələriinteqrasiya edərək və kənd təsərrüfatı sektorunda əməkdaşlığıtəşviq edərək məhsuldarlığı artırmaq və planetimizin resurslarınıqorumaq mümkündür," – deyə bildirib.

Süd sektorunun qlobal qida sistemlərində rolu, milyonlarlainsana qidalanma və dolanışıq təmin etməsi barədə danışan DonaldMoore, çıxışında qeyd edib ki, 'Süd üzrə Net Zero Yolları' kimitəşəbbüslər vasitəsilə davamlılıq və məhsuldarlığın əl-ələ verəbiləcəyini göstəririk. Əməkdaşlıq daha davamlı bir gələcək üçünortaq hədəflərə çatmağın açarıdır,"

Südçülüklə bağlı Dairy Management Inc. şirkətinin sədri dədanışıb. "Süd fermaları üçün davamlılıq yalnız bir məsuliyyət deyil– bu, həyat tərzidir. Tədqiqatlardan yararlanaraq və innovativtəcrübələri tətbiq edərək biz ətraf mühiti qoruyur və südtəsərrüfatının gələcək nəsillər üçün davamlılığını təmin edirik."Deyə xanım Marilyn Hershey çıxışında bildirib.

Konfransın təşkilatçısı GP Cotton Holdings şirkətinin Müşahidəşurasının sədri John Young Simpson öz növbəsoində deyib, “Pambıqyan məhsulları, xüsusilə də pambıq toxumu, həmçinin torpağındincəlməsi üçün əkilən bitkilər davamlı heyvandarlıq yeminəinteqrasiya olunmuş mühüm bir rola malikdir. Bu yan məhsullarheyvanlar üçün yüksək keyfiyyətli yem variantları təmin edir vəeyni zamanda kənd təsərrüfatı sektorunun tullantıları minimumaendirərək resurslardan maksimum dərəcədə faydalanmasını nümayişetdirir. Bu sinerjiləri qəbul edərək, həm pambıq, həm dəheyvandarlıq dəyər zəncirlərində davamlılığı təşviq edə və kəndiqtisadiyyatını dəstəkləyə bilərik.”

Bu konfransla GP Cotton Holdings davamlı təcrübələrinirəlilədilməsi sahəsindəki liderliyini nümayiş etdirərək kəndtəsərrüfatında əməkdaşlıqla iqlim tədbirləri üçün bir meyar təyinetməyə nail olub.

Alltech: 1980-ci ildə irlandiyalı alim Dr. Pearse Lyonstərəfindən təsis edilmiş Alltech, heyvan sağlamlığı və qidalanması,bitki elmi, həmçinin qida və içki sənayesində qlobal liderdir.Şirkətin baş ofisi ABŞ-ın Kentukki ştatının Nicholasville şəhərindəyerləşir və Alltech 128 ölkədə fəaliyyət göstərir, 31 istehsalatmüəssisəsinə malikdir. Şirkətin missiyası, qidalanma və elmiinnovasiyalar vasitəsilə insanların, heyvanların və bitkilərinsağlamlığını və performansını yaxşılaşdırmaqdır. Alltech-infəaliyyətini "ACE" prinsipi idarə edir ki, bu da Heyvanlar,İstehlakçılar və Ətraf mühit üçün müsbət təsir göstərməyi təminedir.

Global Dairy Platform (GDP): Süd şirkətlərini, assosiasiyalarıvə elmi qurumları qlobal qida sistemlərində, qidalanmada və davamlıinkişafda südün rolunu təşviq etmək üçün birləşdirənqeyri-kommersiya təşkilatıdır. 150-dən çox ölkədə fəaliyyətgöstərən GDP üzvləri qlobal süd istehsalının üçdə birinə töhfəverir. Təşkilatın 200-dən çox təşkilat tərəfindən dəstəklənən "Südüzrə Net Zero Yolları" proqramı, süd sənayesində istixana qazıemissiyalarını azaltmağı hədəfləyir.

Global Roundtable for Sustainable Beef (GRSB): Mal əti dəyərzəncirində davamlılığı irəlilətməyə həsr olunmuş çoxsaylıtərəfdaşları bir araya gətirən təşəbbüsdür. 24-dən çox ölkədə aktivolan GRSB, dünya üzrə mal-qaranın təxminən üçdə ikisini əhatə edir.2024-cü ilin oktyabr ayında təşkilatın Davamlılıq Hesabatı, iqlimtəsirinin azaldılması və təbiətə müsbət təsir göstərən istehsalkimi sahələrdə əldə edilmiş irəliləyişləri vurğuladı.

Dairy Management Inc. (DMI): ABŞ-da süd məhsullarını tədqiqat,təhsil və innovasiya vasitəsilə təşviq edən təşkilatdır. Təxminən28,000 amerikalı süd fermeri tərəfindən maliyyələşdirilən DMI,Milli Süd Şurasını, ABŞ Süd İxracat Şurasını və ABŞ Süd İnnovasiyaMərkəzini idarə edir. Şirkət, süd məhsullarının satışını artırmaqvə onların imicini yaxşılaşdırmaq məqsədilə qida və içkisənayesinin liderləri ilə əməkdaşlıq edir.

JBS Foods: 2040-cı ilə qədər sıfır istixana qazı emissiyasınanail olmağı hədəfləyən qlobal ərzaq lideridir. Şirkət,müəssisələrinin yenilənməsi üçün 2030-cu ilə qədər 1 milyarddollardan çox, tədqiqat və inkişafa isə 100 milyon dollar ayırmağıplanlaşdırır. Eyni zamanda, 2030-cu ilə qədər emissiyaları 30%azaltmaq və 2040-cı ilə qədər 100% bərpa olunan elektrik enerjisinəkeçid etmək niyyətindədir. Bu təşəbbüslər, JBS Foods-un ətrafmühitin qorunmasında lider rolunu və qlobal əhalini qidalandırmaqdamühüm rolunu bir daha vurğulayır.

GP
GP
GP
GP
GP
GP
Seçilən
46
az.trend.az

1Mənbələr