AZ

“Namiqlə duet oxumağımı müəllimim Arif Babayev pis qarşılamışdı“

“Bəli, bu duet məndən əvvəl Namiq Qaraçuxurlu tərəfindən Aygün Kazımova təklif olunub. Amma Aygün istəmədiyi üçün mənimlə bu layihəni edib. Amm bu duet tək Aygünə deyil, çox qız ifaçılara təklif olunub. Onlarda bu təkliflə razılaşmayıblar. O zamanlar çətin idi meyxana janrı ilə estradanı qarışdırıb oxumaq. Demək olar ki, bu ilkə imza atan mən oldum. O zamanlar meyxanaya belə yanaşma yox idi. Çəkinirdilər ki, birdən alınmaz. Mənim isə sənətdə və musiqidə öz ixtisasım və sahəm vardı. Bu duetin səbəbkarı Namiqin prodüseri və mənim musiqi rəhbərim Cəbbar müəllim oldu. Onların hər ikisinin təşəbbüsü oldu. Bizdə qəribə qarşıladıq bu təklifi. İkimizdə susqun qaldıq amma onlar dedilər ki, yaxşı və əla olacaq. Bu layihəni etmək lazımdır. Mənə insanların reaksiyası maraqlı idi. Klip ərsəyə gələn gündə biz bütün televiziya kanallarına bu dueti göndərmişdik. Kasetlər satışa buraxıldı. Mənə o qədər zənglər gəlirdi ki, hətta telefonu açmağa qorxurdum ki, birdən pis söz eşidərəm. Amma hamı bir ağızdan söyləyirdi ki, şəhər dağılır hamı bu duetə qulaq asır. Buna inanmırdım. Eşitdiyim xoş sözlərdən sonra ürəkləndim”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “RTV”də yayımlanan “Çərçivədən kənar” verilişində deyib.

Sənətçi bildirib ki, illər əvvəl meyxanaçı Namiq Qaraçuxurlu ilə oxuduğu duet ona baha başa gəlib. Buna səbəb isə muğam üzrə müəllimi Xalq artisti Arif Babayevin etirazı ilə qarşılaşması olub:

“Ustadım Arif Babayev isə Namiqlə duet oxuduğuma görə narazı idi. Mən bu reaksiya gözləyirdim. Bilirdim ki, o bunu birmənalı qarşılamayacaq. Bir müddət keçdikdən sonra Arif müəllim efir vasitəsi ilə söylədi ki, tələbələrimlə razıyam amma bir tək Könüldən narazıyam. Mən bu sözlərdən sonra o qədər pis oldum ki… Əməlli başlı depressiyaya düşdüm. Müəllimim bu sözləri eşitmək mənim üçün çox ağır idi. Arif müəllim dedi ki, oboyda zəhmət çəkmişəm Könül keçib meyxanaya. Sintezatorun birini sağına digərini isə soluna qoyub… Mən buna “üçlüklə” tar, kaman və qavalla dərs keçmişəm. O bunu çətin qəbullandı. Amma bir müddət keçəndən sonra insanların bu duetə olan sevgisini görəndən sonra məni bağışladı. Dedi ki, nə oxuyursan dəyir, toxunur insana. Qucaqlayıb, məni öpdü və söylədi ki, uğurlar. Məndə bundan sonra rahatlaşdım. Yəni asan başa gəlməmişdi”.

Aparıcı Türkan Məmmədlinin “Ürəyinizdən heç keçdi ki, kaş Namiq Qaraçuxurlu ilə bu duet layihələrini davam etdirərdim?” sualına K.Kərimova belə cavab verib:

“Davamlı soruşurdular ki, niyə Namiqlə bu duetin arxası gəlmədi. Cavab verim ki, biz elə cəmi bir layihə düşünmüşdük. Həqiqətən bu belədir. Bunu Namiq də təsdiqləyə bilər. Elə həmin ərəfədə Namiqə çox sayda duet təklifləri gəlirdi. Biz o zamanlar öz aramızda o təkliflər haqqında danışırdıq. Mən bu dueti oxuyanda özüm çox narahat olmuşdum və əziyyət çəkmişdim. Bizə çox sayda bu dueti oxumaq təklifləri gəlirdi. Amma bu duetin ardını gətirməyə gələndə isə yox, elə bir duet mənə bəhs etdi. Biz düşünmədik ki, bu layihənin davamını edək. İllər keçsə də bu duet yenə də sevilir və gözəl qarşılanır. Düşünürəm ki, duetlərimizi davam etsəydik uğurlu olardı”.

 

Seçilən
18
1
olay.az

2Mənbələr