AZ

2030-cu ilə qədər istixana qazı emissiyaları 42 faiz azaldılmalıdır - UNEP

Bakı. Trend:

2030-cu ilə qədər istixana qazı emissiyaları 42 faizazaldılmalıdır.

Trend xəbər verir ki, bubarədə BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının(UNEP) icraçı direktoru İnqer Andersen "Qlobal iqlim şəffaflığıüzrə nazirlərin dəyirmi masası"nda bildirib.

"2023-cü ildə qlobal karbon dioksid emissiyaları çoxsaylıbeynəlxalq öhdəliklərə baxmayaraq, 1,3 faiz artıb. 2035-ci iləqədər istixana qazı emissiyalarını 57 faiz azaltmaqla böyükirəliləyiş əldə etmək imkanımız var. Bu, genişmiqyaslı birçağırışdır, lakin mümkündür. Əgər buna nail ola bilməsək, nəticələrfəlakətli olacaq", - deyə İ.Andersen vurğulayıb.

Onun sözlərinə görə, bəşəriyyət iqlim dəyişiklikləri iləmübarizədə yanlış istiqamətdə hərəkət etməyə davam edir.

"Emissiyaların azaldılması günəş və külək enerjisindənistifadəni artırmaq, meşələrin qırılmasını azaltmaq, meşəsahələrini bərpa etmək və idarə etmək, metan emissiyalarınınazaldılması strategiyalarını həyata keçirmək və dövri iqtisadiyyatprinsiplərini tətbiq etməklə mümkündür", - deyə o qeyd edib.

İnqer Andersen həmçinin qlobal səfərbərlik üçün məhz bu vaxtınən doğru zaman olduğunu vurğulayıb.

"Bizə konkret sektoral və milli hədəfləri, real keçid yollarını,siyasətləri və maliyyələşdirməni nəzərdə tutan yeni öhdəliklərlazımdır. Bu tədbirlərin uğuru, verilmiş vədlərin yerinəyetirilməsinin izlənməsinə imkan verən tam şəffaflıqdan asılıdır",- İnqer Andersen.

O, həmçinin Paris Sazişi çərçivəsindəki Şəffaflıq Sistemihaqqında razılaşmanın iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişindəqiq məlumatlarla təmin edilməsi və etimadın yaradılmasında mühümrol oynadığını xüsusi vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr