AZ

Bakı Təşəbbüsü insan mərkəzli iqlim fəaliyyətinə sadiqliyimizin ifadəsidir - Yalçın Rəfiyev

Bakı. Trend:

İqlim dəyişikliyi həyatımızın hər sahəsinə, sağlamlığımıza,təhsil sistemlərimizə, enerji bazarlarımıza, institutlarımıza,gələcək nəsillər üçün mövcud imkanlara təsir göstərir.

Trend xəbər verir ki, bubarədə COP29 baş danışıqçısı, xarici işlər naziri müavini YalçınRəfiyev COP29 çərçivəsində keçirilən “İqlimə davamlı gələcək üçüninsan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş”dəçıxışı zamanı deyib.

"İnsanlara sərmayə qoymalıyıq və bu sərmayə iqlim dəyişikliyininən erkən mərhələsində qoyulmalı, uşaq və gənclərin təhsil, səhiyyəvə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı möhkəm cəmiyyətinbir hissəsinə çevrilməsini təmin etməlidir.

Bu sərmayə təkcə dayanıqlılığa aid deyil, həm də iqlimdəyişikliyini azaltmaq üçün səyləri təkmilləşdirməlidir. Bu,gələcəyin bacarıqlarını, tələblərini hazırlamaq və sağlamlıq vəbiznesə cari təsirləri azaltmaq deməkdir.

Bir çox danışıqlarda əsas insan inkişafı ilə bağlı müzakirələraparılsa da, siyasi səylərimizin əsas istiqaməti kimi ilk dəfədirki, insan inkişafı gününün tətbiqi ilə hərtərəfli, bir-biri iləəlaqəli yanaşma ön plana çəkilir.

Bakı Təşəbbüsü insan mərkəzli iqlim fəaliyyətinə sadiqliyimizinifadəsi və davamıdır. Bu təşəbbüs sektorlar üzrə qlobal əməkdaşlığıgücləndirəcək, investisiyaları modernləşdirəcək və insaninkişafının iqlim strategiyamızın əsas sütunu olmasını təmin edəcəkçoxşaxəli və vahid yanaşma tələb edir. Bakı Təşəbbüsünün birhissəsi insan inkişafı və iqlim fəaliyyətinin ayrı obyektlər deyil,qarşılıqlı cavabdehlik olduğuna inamdır”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
22
1
az.trend.az

2Mənbələr