AZ

Ermənilər Zəngəzurda İranla sərhədi bağladılar - Şok səbəb

Erməni sürücülər Zəngəzurda Ermənistan-İran "Aqarak" sərhəd keçid məntəqəsini bağlayaraq avtomobillərin hərəkətinə icazə vermirlər.

Ölkə.Az xəbər verir ki, "Aqarak" keçid məntəqəsindən keçən avtomobillərin hərəkəti erməni yük maşınları tərəfindən kəsilib.

İran hakimiyyətinin Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətini kəskin artırması barədə qərarı erməni sürücülərin qəzəbinə və kəskin etirazına səbəb olub.

Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönməlidir. 

Narazılıq həm də onunla bağlıdır ki, sərhəd nəzarəti vəsiqələri erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi yaranmış durumla bağlı şərh verməyib.

Mürtəza
Ölkə.Az

Seçilən
24
7
olke.az

8Mənbələr