AZ

Yaponiya Bakı Qlobal İqlim Şəffaflığı Platformasını dəstəkləyir

Bakı. Trend:

Yaponiya Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP)dəstəkləyir.

Trend xəbər verir ki, bubarədə Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao "Qlobal iqlimşəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

"Dünya bir çox dəyişikliklərlə üzləşə bilər, buna görə tərəflərşəffaflığı təmin etməli və səylərini nümayiş etdirməlidir. Bu ilinsonuna qədər tərəflər istixana qazlarının (GHG) inventarizasiyası,təsirlərin azaldılması və uyğunlaşma üzrə tərəqqi, eləcə dəmaliyyələşdirmə və dəstək vəziyyəti haqqında məlumatları özündə əksetdirən İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim etməlidirlər.Bu hesabatlar Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) vəqlobal icmallarla birlikdə Paris Sazişinin üç əsas komponentininyerinə yetirilməsini təmin edəcək.

BTR prosesi hesabatın təqdim edilməsi ilə bitmir. Texnikiicmallar və tərəqqiyə dəstək dialoqları vasitəsilə bütün tərəflərbir-birindən öyrənə və iqlim siyasətlərini təkmilləşdirə bilər. İlkBTR-in ideal formada hazırlanması çətin ola bilər, lakin onu mümkünqədər tez təqdim etmək və şəffaflığı gücləndirmək üçün hər ikiildən bir keyfiyyətini artırmaq vacibdir. Şəffaflığınartırılmasının əhəmiyyətini dərk edərək, Yaponiya Azərbaycanda BakıQlobal Şəffaflıq Platformasını dəstəkləyir", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr