AZ

Okan Buruk: Onun sərbəst qalma şərti 75 milyondur

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandada icarə əsasında çıxış edən futbolçusu Viktor Osimhenin mümkün birdəfəlik transferi haqqında danışıb.

“İki sahil” xəbər verir ki, o, klubun müqavilə ilə "Napoli"yə məxsus olan 26 yaşlı hücumçunun birdəfəlik keçidini reallaşdırmaq üçün əlindən gələni edəcəyini deyib: "Osimhenin transfer maddəsi var. Sərbəst qalma şərti 75 milyon avrodur. Futbolçu istəyərsə, "Qalatasaray" bütün yolları sınayacaq. Bəlkə indi olmaz, mövsümün sonunda olar. Osimhen burada xoşbəxtdir. "Qalatasaray"ın rəhbərliyi, baş məşqçisi və azarkeşləri Osimhenin burada olmağını istəyir və nə lazımdırsa, edər. Osimhen "Qalatasaray"dan baqa bir komandada oynaya bilməz". 

Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 9 matçda 8 qol vurub və 4 qolun ötürməsini verib. 

Seçilən
16
5
ikisahil.az

8Mənbələr