AZ

Tramp FCC-yə yeni sədr təyin edəcək – ÖZƏL

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Federal Rabitə Komissiyasının (FCC) sədri vəzifəsinə Brendan Karrı təyin edəcəyini açıqlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Tramp yazılı bəyanat yayıb. O, Karrı "əsl söz azadlığı müdafiəçisi" adlandırıb.

"Karr əsl söz azadlığı müdafiəçisidir. O, amerikalıların azadlıqlarını məhdudlaşdıran və iqtisadiyyatımızı ləngidən tənzimləyici müdaxilələrə son qoyacaq, həmçinin FCC-nin Amerikanın kənd bölgələrinin xeyrinə fəaliyyət göstərməsini təmin edəcək," - Tramp bəyan edib.

Federal Rabitə Komissiyası ABŞ-də internet və televiziya yayımına nəzarət edir, həmçinin yeni texnologiyaların tətbiqini izləyir. Bu qurum ölkənin iqtisadiyyatı və kommunikasiya infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
41
50
olaylar.az

10Mənbələr