Erməni sürücülər Aqarak keçid məntəqəsində İranla nəqliyyatın hərəkətini kəsiblər. Erməni mediasının yazdığına görə, onlar İran hakimiyyətinin sürücülərin Ermənistana qayıdarkən almalı olduğu dizel yanacağının qiymətini kəskin şəkildə artırmaq qərarından hiddətləniblər. Mövcud qaydalara görə, erməni yük maşınları yanacaqsız İrana daxil olub, çənləri dolu geri qayıtmalıdır. İran tərəfi isə bu yaxınlarda dizelin qiymətini bir yarım dəfə qaldırıb ki, bu da erməni tərəfində ciddi narazılıq yaradıb. Yük maşınları da İranda keçid məntəqələrindən keçmək üçün verilən kuponların yalnız fars dilində olmasından və ermənicə təkrar olunmamasından narazıdırlar. Ermənistanın Dövlət Gəlirləri Komitəsi hələlik vəziyyəti şərh etməyib. Lakin erməni mediası bu problemin daha geniş sosial etirazlara da yol aça biləcə barədə xəbərdarlıq edib.
Mətləb Salahov