AZ

Deputat Şeremet: Bayden ABŞ-də qərar qəbul etməkdən uzaqlaşdırılmalıdır – ÖZƏL

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet ABŞ Prezidenti Co Baydenin dərhal dövlət idarəçiliyindən uzaqlaşdırılmalı olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə o, RİA Novosti agentliyinə müsahibəsində bəyan edib.

"Bayden təcili olaraq hakimiyyətdən uzaqlaşdırılmalı və Trampın andiçməsinə qədər hər hansı dövlət qərarları qəbul etmək səlahiyyətindən məhrum edilməlidir," - deyə Şeremet vurğulayıb.

Deputat əlavə edib ki, əks halda bu, geri dönülməz qlobal nəticələrə səbəb ola bilər. O, Baydenin prezidentliyi dövründə dünyanın müxtəlif yerlərində çoxsaylı münaqişələrə səbəb olaraq qlobal xaosa gətirib çıxardığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr