İsveçin batareya istehsalçısı Northvolt-un gələcəyi qeyri-müəyyənlik içindədir, çünki şirkət kreditorlardan müdafiə üçün məhkəməyə müraciət etməyi və ya müflis elan olunmasını nəzərdə tutur. Bir vaxtlar Avropanın avtomobil sənayesi üçün böyük vədlər verən şirkətin gələcəyi son xilasetmə danışıqları iflasa uğradıqdan bir neçə gün sonra qeyri-müəyyən ola bilər.
Marja xəbər verir ki, Northvolt, fəaliyyətini davam etdirmək üçün qısamüddətli maliyyə əldə etmək səylərini davam etdirsə də, iflas üçün müraciət və ya Fəsil 11-in qorunması kimi alternativ həll yollarını nəzərdən keçirir. Financial Times-ın məlumatına görə, vaxt azaldığı üçün bu variantların hər biri nəzərdən keçirilir.
BMW-nin müqaviləni ləğv etməsilə Northvolt böhranla üzləşib
Volkswagen, Goldman Sachs, Siemens və JPMorgan kimi böyük investorlardan, eləcə də Kanada və Almaniyadan 15 milyard dollardan çox maliyyə vəsaiti toplayan şirkət, elektrik navtomobilləri üçün enerjisi batareyası texnologiyasında Asiya qruplarının hökmranlığına Avropanın cavabı olmağı hədəfləyirdi. Bununla belə, Northvolt İsveçin şimalındakı Skellefteå zavodunda istehsalı artırmaqda çox çətinlik çəkib. BMW bu ilin əvvəlində 2 milyard dollarlıq müqaviləsini ləğv etdikdən sonra şirkət ciddi böhranla üzləşib.
Zavodda istehsal gücünün yalnız kiçik bir hissəsindən istifadə edə bilən Northvolt İsveçdəki işçilərinin dörddə birini ixtisar edib. O, istehsalı artırmaq üçün bir sıra layihələri təxirə salaraq Skellefteå-da istehsala diqqət yetirməyə çalışıb.
İsveç hökuməti Northvolt-a dəstəyi rədd edir
İsveçin sağ mərkəzçi hökuməti şirkətin xilas edilməsi üçün hər hansı dövlət dəstəyini rədd edib. Bundan əlavə, bəzi özəl investorlar şirkətin daimi itkiləri səbəbindən əlavə investisiyalardan imtina ediblər.
Northvolt-un əsas investorlarından biri şirkətin gələn həftə iflas elan ediləcəyini gözlədiklərini açıqlayıb.
Gələcəyi ilə bağlı iddialara qatılmadığını qeyd edən şirkət bildirib: "Strateji baxış prosesi başlayandan bəri müxtəlif variantları müzakirə edirik və bu proses davam edir. Nəticələr əldə etdikdən onları ictimaiyyətə açıqlayacağıq"
Northvolt-un keçmiş və indiki işçiləri zavoddakı problemləri - zəif idarəetmə, aşağı təhlükəsizlik standartları, nasaz Çin avadanlıqları və şirkətin çox sürətlə böyüməyə çalışması kimi sadalayırlar.