AZ

Üç milyarddan çox insan iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdır - ÜST

Bakı. Trend:

Üç milyarddan çox insan iqlim dəyişikliyinin təsirlərinə qarşıhəssasdır. Bu açıq reallıq bizim kollektiv fəaliyyətimizinaktuallığını vurğulayır. Bu görüşün keçirilməsinə görə COP29Prezidentliyinə səmimi minnətdarlığımızı bildirmək istərdim.

Trend xəbər verir ki, bubarədə ÜST-nin Qərbi Sakit Okean Regional direktoru Dr. Saia MauPiukala COP29 çərçivəsində keçirilən “İqlimə davamlı gələcək üçüninsan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş”dəçıxışı zamanı deyib.

O qeyd edib ki, Bakı Təşəbbüsü inkişaf etməkdə olan ölkələrin ənhəssas icmalarına fayda verən konkret iqlimə uyğunlaşmalayihələrini maliyyələşdirmək üçün nəzərdə tutulmuş uyğunlaşmafondları ilə mükəmməl şəkildə uyğunlaşan mühüm addımdır.

“Biz uşaqların, gənclərin, qadınların və təcrid olunmuşqrupların ehtiyaclarını prioritetləşdiririk. Hər kəsin uyğunlaşmavə yaradıcılıq üçün daha yaxşı gələcək qurmaq imkanının olmasınıtəmin edir, uzunmüddətli institusional və inanca əsaslananbacarıqların yaradılmasına çalışırıq.

Bizim birlikdə dayanıqlığı gücləndirmək, dünya üçün davamlı vəədalətli gələcəyi təmin etmək imkanımız var. Gəlin bu öhdəliyidavamlı dəyişikliklərə səbəb olan müsbət hərəkətlərə çevirək”, -deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
14
1
az.trend.az

2Mənbələr