“Əlbəttə ki, qələbə qazanmağı çox istəyirdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Musa Qurbanlı UEFA Millətlər Liqasının 5-ci turunda Estoniyaya qarşı Qəbələdə keçirilən oyun (0:0) barədə danışarkən deyib.
“Qarabağ”lı forvard pis oynamadıqlarını iddia edib:
“Bu matçda 3 xal qazanmağın bizim üçün nə qədər vacib olduğunu dərk edirdik. Pis oynamadıq.
Lakin bu, qələbə üçün kifayət etmədi. Nəticə məyusedicidir. Kifayət qədər qol epizodları yaratsaq da, fərqlənə bilmədik”.