AZ

SEPAH-la ABŞ-dakı bəzi dairələrin sövdələşməsi sirr deyil- ÖZƏL

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəkili Endryu Paltsik "The New York Times"  qəzetini məhkəməyə verərək 10 milyard dollar  təzminat tələb edəcəklərini bildirib.  Demokratlar Partiyasına işləyən NYT  siyasi opponentlərə qarşı  böhtanın konversiya yoluyla istehsalında, yəni bu prosesin artıq "sənayeləşdirilməsi"ndə suçlandırılır. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Bakıda COP29-un Liderlər Sammitinin açılşındakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizlə bağlı dezinformasiya yayanların arasında qərbin "yalan mediası"nın da adını çəkmişdi ki, onlardan da biri məhz haqqında söz gedən  "The New York Times"-dır:
"Yeri gəlmişkən,  həmən qəzet və daha bir qlobal media funksiyasını yerinə yetirən dezinformasiya vasitəsi "Deutsche Welle" bu günlərdə Seyid Əhməd əli pislik etmək  metoduna əl ataraq birincisi İranın Ermənistandakı səfirini, ikincisi isə Hindistanın COP29-a qatılmış təmsilçisini Azərbaycan  əleyhinə danışdırmağa cəhd edirdilər. Hindistanlı  alman jurnalistin hər birindən qərəz tökülən suallarını obyektiv cavablandırdı. İranın Ermənistandakı həm də səfirinə gəldikdə, o, verdiyi intervüdə ikibaşlı cümlələr işlədərək guya kiminsə bu regionda sərhədləri dəyişmək istədiyini, Rusiya göz yumsa da,  ölkəsinin bunun yol verməyəcəyindən dəm vurur. Mehdi Sübhaninin İranla Rusiyanın heç də müttəfiq olmadıqları, bu regionda maraqlarının ancaq bəzi məsələlərdə üst-üstə düşdüyü haqda açıqlamasının isə əlbəttə,  mərkəzlə,  ilk növbədə SEPAH-la razılaşdırılmaması mümkünsüzdür. Elə "The New York Times"-ın  İranın Ermənistandakı səfirinə tribuna verməsi də qəzetin öz təşəbbüsü yox, ABŞ Dövlət Departamentinin sifarişidir. Ümumiyyətlə,  ABŞ və İranın Ermənistandakı səfirləri, eləcə də SEPAH-la Birləşmiş Ştatlardakı bəlli strukturlar arasında ünsiyyətin və hətta sövdələşmənin olması heç də sirr deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr