AZ

Bu ölkədə yeni EPİDEMİYA: Səbəbi yerköküdür

ABŞ-də E. coli epidemiyası yayılıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, epidemiya "Grimmway Farms" tərəfindən istehsal edilən üzvi yerkökü ilə əlaqələndirilib.

Epidemiya səbəbindən 1 nəfərin öldüyü, ümumilikdə 39 insanın epidemiyaya yoluxduğu aşkarlanıb.

"Grimmway Farms" məhsulların Şiqa toksini yaradan Escherichia coli (E. coli) ilə çirklənə biləcəyini bildirib.

Qeyd olunub ki, bu bakteriya xüsusilə gənclərdə, yaşlılarda və immun sistemi zəif olan şəxslərdə ciddi və bəzən ölümcül infeksiyalara səbəb ola bilər.

E.coli infeksiyasının simptomlarına şiddətli qarın ağrıları, qanlı ishal, qızdırma, ürəkbulanma və qusma daxildir. Xəstəliyin inkubasiya dövrü 24 saat ilə 10 gün arasında dəyişə bilər və adətən 3-4 gün davam edir.

ABŞ Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edib ki, E. coli infeksiyası ağır hallarda yüksək təzyiq, xroniki böyrək xəstəliyi və nevroloji problemlərə səbəb ola bilər.

Mina Mikayılova

Seçilən
42
bakivaxti.az

1Mənbələr