AZ

ABŞ-ın Rusiyaya  dərindən zərbə endirmək qərarı münaqişəyə ciddi təsir etməyəcək

ABŞ-ın

ABŞ prezidenti Co Baydenin Amerikanın ATACMS raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək qərarı Ukraynadakı münaqişənin gedişatına ciddi təsir etməyəcək.

Bu barədə ABŞ və Qərb ölkələrinin rəsmilərinə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.

Onların fikrincə, Rusiyanın hərbi texnikasının böyük hissəsini köçürə biləcəyini nəzərə alsaq, belə bir qərarın “münaqişənin gedişatını əhəmiyyətli dərəcədə dəyişməsi mümkün deyil”.

Nəşrin qeyd etdiyi kimi, ABŞ prezidenti Co Bayden administrasiyası yeni seçilmiş prezidentin Ukraynaya silah tədarükünü azaldacağından ehtiyat etdiyi üçün Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl Kiyevə maksimum yardım göstərməyə çalışır.

Cavid

Seçilən
9
32
xalqcebhesi.az

10Mənbələr